!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh sazişi imzalanmayacaq?: "Paşinyan öz planına uyğun hərəkət edir, Rusiya da..." - MÖVQE

!Reklam – Yazi

“Ermənistan hakimiyyəti, cəmiyyəti, müxalifəti sülh müqaviləsi bağlamağa hazır deyil”.

Bu sözləri danışıqlarla paralel Ermənistan tərəfinin təxribatlarını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev Azərbaycanda prosesləri oxuya bilənlərin azlığından gileylənib:

“Televiziyalara proseslərdən bixəbər adamları çıxarırlar. Onların yerinə olsam, utanıb yerə girərəm. Çağıran da utanmalıdır, ora gedən də, heç biri oxumur, bilmir, dünyada gedən prosesləri izləmirlər. Eyni şeyləri təkrar edib danışırlar. Vəziyyət qarışanda da bilmirlər nə desinlər.

Birdəfəlik bilmək lazımdır ki, Paşinyan öz planına uyğun hərəkət edir, Rusiya da həmçinin.

Fransa da, Almaniya da, ABŞ-ə də, Rusiya da, İngiltərə də böyük güclərdir. O güclər hesablanmalıdır. Azərbaycan təklif olunan bütün görüşlərdə iştirak etməlidir.

Hadisələri düz oxumaq lazımdır. Danışıqların effektiv nəticəsi olmayacaq. Çünki Ermənistan hakimiyyəti, cəmiyyəti, müxalifəti sülh müqaviləsi bağlamağa hazır deyil. Onlar Qarabağın Azərbaycanın tərkibində qalmasına birmənalı olaraq razı deyillər. Biz bunu birmənalı bilməliyik. Heç olmasa, Azərbaycan siyasətşünasları bunu deməlidir. Ötən dəfə də dedim, sülh müqaviləsi imzalanmayacaq. Kapituliyasiya aktı imzalanacaq. Toqquşmalar olacaq. Hətta böyük bir toqquşma olacaq. Ermənistanın ondan sonra ayrı çıxış yolu qalmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv