!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhə mane olan QÜVVƏ: "Rusiya istəyinə nail ola bilməyəcək" - RƏY

!Reklam – Yazi

“Fransa düşünür ki, ermənilərin cahil hissəsini fırladaraq onların vasitəsiylə Cənubi Qafqaza soxula və nüfuzunu gücləndirə bilər”.

Bu sözləri Rusiya tərəfinin Qərbin təklif etdiyi sülh müqaviləsinə imkan verməyəcəkləri və sülh perspektivini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya istəyinə nail ola bilməyəcək:

“Sülh məsələsi çox aktualdır. Azərbaycan konkret olaraq sülhü istəyir. Azərbaycan istəyir ki, sülh bitsin və digər önəmli məsələlərin həlli ilə məşğul olsun. Münaqişə Azərbaycana mane olur. Ermənistana da münaqişə mane olur. Ermənistan münaqişə vasitəsi ilə Rusiyadan asılı qalıb. Rusiya istədiyi kimi Ermənistanla davranır. Ermənistanın dövlət kimi suveren hüquqları hər an, hər dəqiqə tapdanır. Ermənistan da sülh istəyir.

Fransanı çıxmaq şərti ilə bütövlükdə Qərb münaqişənin sona çatmasını istəyir. Onlar da bilir ki, Rusiya Cənubi Qafqazda münaqişəyə görə varlığını saxlaya bilir. Yalnız Fransa bunu istəmir. Fransa düşünür ki, ermənilərin cahil hissəsini fırladaraq onların vasitəsiylə Cənubi Qafqaza soxula və nüfuzunu gücləndirə bilər.

Rusiyanın eyni vaxtda Azərbaycana, Ermənistana, Qərbə gücü çatmayacaq. Düşünürəm ki, Rusiyanın xarci siyasəti uğursuz istiqamətdə fəaliyyət göstərir. Bir azdan Rusiya yanıldığını özü də görəcək. Rusiyanın yanılmasının son 30-40 ildə strateji məğlubiyyətləri təsdiq edir. Dünya sosialist sistemi, kommunist hərəkatı dağıldı, SSRİ dağldı, MDB dağıldı, KTMT dağılmaq üzrədir, sonra da Avrasiya İttifaqı dağılacaq. Rusiyanın kitabı bağlanıb. Bunun səbəbi də odur ki, strateji yanlış xətt tutublar”.

Səxavət Məmməd

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv