!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlılar gedəcəyi təqdirdə müşahidə olunacaq PROSESLƏR: "Hər hansı birləşmə...” - POLİTOLOQ

!Reklam – Yazi

“Əgər sülhməramlıların getmək vaxtı çatdığı zaman hansısa hiylə işlədərək fərqli birləşmənin regiona gətirilməsinə çalışılacaqsa, buna razı olmayacağıq”.

Bunu üçtərəfli razılaşmanın şərtlərinə əsasən 2025-ci ildə rus sülhməramlılarının bölgədən çıxarılması zamanı müşahidə olunacaq proseslərdən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində rus sülhməramlıları ilə bağlı Rusiyaya verdiyi mesajlarda qeyri-adi heç nə yoxdur:

“Türkiyə Azərbaycanın yanında olduğunu, dəstəklədiyini bir daha nümayiş etdirdi. Üçtərəfli birgə bəyanatda göstərildiyi kimi, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlı kontingenti 2025-ci ildə bölgəni tərk edəcək.

Reinteqrasiya prosesində sülhməramlıların fəaliyyətindən istifadə etmək olardı. Və 2025-ci ildə fəaliyyət müddəti başa çatdıqda sülhməramlılara təşəkkür edərək vidalaşa bilərdik. Sülh müqaviləsi imzalanacaqsa, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi açıq şərtlər altında Bakı tərəfindən təmin olunacaqsa, sülhməramlıların xidmətlərinə ehtiyac qalmayacaq.

Qlobal güclər Rusiyanın Cənubi Qafqazda mövcud olmasını istəmir. Bu səbəbdən Qarabağdan gedən sülhməramlıların ardınca Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının da çıxarılacağını müşahidə etmək mümkündür.

İstənilən halda bizə maraqlı olan məsələ milli maraqlarımızın təmin olunmasıdır. Sülhməramlıların fəaliyyəti ilə əlaqədar kifayət qədər ciddi nöqsanlar müşahidə etdik. Separatçı rejimə humanitar yardım adı altında silah daşınması, Azərbaycanın cinayət işi açdığı şəxslərin Qarabağa sülhməramlıların müşayiəti ilə gəlib-getməsi və.s.

Biz sülhməramlıların vaxtı gəldiyi zaman bölgəni qansız-qadasız, problem və ziddiyət olmadan getmələrini istərdik. Əgər sülhməramlıların getmək vaxtı çatdığı zaman hansısa hiylə işlədərək fərqli birləşmənin regiona gətirilməsinə çalışılacaqsa, buna razı olmayacağıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv