!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlılar partlayışda zərər çəkmiş ermənilərin təxliyəsini bitirdilər - VİDEO

!Reklam – Yazi

Rusiya sülhməramlılarının helikopter ekipajları yanacaq çəninin partlaması nəticəsində xəsarət almış Qarabağ sakinlərinin təxliyəsini başa çatdırıb, ümumilikdə 258 nəfər daşınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin helikopter ekipajları Xankəndidə yanacaq çəninin partlaması nəticəsində xəsarət alan Qarabağın mülki sakinlərinin sanitar-aviasiya təxliyəsini başa çatdırıblar. Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb dəstəsinin hərbi həkimləri tərəfindən ümumilikdə 42 sanitar uçuş həyata keçirilib, 258 nəfər, o cümlədən Xankəndi Tibb Mərkəzinin tibbi və reanimasiya yardımına ehtiyacı olan xəstələri təxliyə ediliblər”, – deyə hərbi idarədən bildirilib.
Rusiya MN əlavə edib ki, sülhməramlılar Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edirlər.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv