!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlılar üçün vaxt İŞLƏYİR: Rəsmi Bakı rus kontingentini ölkədən çıxaracaq?

!Reklam – Yazi

“Rus ülhməramlılarının separatizmə dəstək mövqeyi tərəfimizdən etirazla qarşılanır. Azərbaycan rus kontingentinin fəaliyyət müddəti bitdikdən sonra bölgəmizdə qalmasına imkan verməyəcək”.

Bu fikirləri Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından öncə bölgədən çıxarılması ehtimalını dəyərləndirən piolitoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın vaxtından öncə sülhməramlıların bölgədən çıxarılması ilə bağlı tələb səsləndirməsi dövlət maraqlarımız üçün uyğun deyil:

“Rus sülhməramlılarının sazişdə göstərilən öhdəlikləri yerinə yetirmədiyini müşahidə edirik. Yəni Qarabağdakı qanunsuz hərbi birləşmələr hələ də təxribatçı fəaliyyət planlayır və hələ də silahsızlaşdırılmayıblar. İki ildən çoxdur Qarabağda müvəqqəti fəaliyyət göstərən rus kontingenti separatizmi dəstəkləyən mövqe nümayiş etdirir. Xankəndi məktəblərində şagirdlərin hərbi təlimi, separatçı rejimə silah və hərbi birləşmə daşınmasınma müşayiət rus kontingentinin ya vəzifələrindən xəbərsiz olduqlarından, ya da atdığı addımları məqsədli şəkildə həyata keçirdiklərindən xəbər verir.

Rusiyanın Cənubi Qafqaz maraqlarını nəzərə aldıqda belə bir nəticə çıxır: Əgər Qarabağda yaşayan erməni əhali Azərbaycana qısa müddətdə ağrısız-acısız inteqrasiya olarsa, separatizmin kökü kəsilərsə, bölgədə rus kontingentinə ehtiyac qalmayacaq. Nəticə etibarilə sülhməramlılar bölgədən çıxmaq mıəcburiyyətində qalacaqlar. Bu səbəbdən separatizmi dəstəkləyir, özlərinin bölgədə iştirakçılığını təmin etməyə çalışırlar.

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını öz maraqları üçün ciddi zərbə kimi qiymətləndirir. Çünki Ermənistan və Azərbaycan arasında münasibətlər qaydasına düşərsə, Rusiyanın regionda təsir imkanları azalacaq. Bu səbəbdən proseslərin uzanmasına çalışır.

Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti fəaliyyət müddəti beş ildir. Fəaliyyət müddətlərinin sonuna altı ay qalmış əgər etiraz olmazsa, beş il daha fəaliyyətlərini davam etdirəcəklər. Lakin sərgilədikləri separatizmə dəstək mövqeyi tərəfimizdən etirazla qarşılanır. Yəni Azərbaycan rus kontingentinin fəaliyyət müddəti bitdikdən sonra bölgəmizdə qalmasına imkan verməyəcək.

Beynəlxalq hüquq, BMT nizamnaməsi dövlətlərin suveren ərazisində beynəlxalq sülhyaratma missiyasını həyata keçirən qüvvələrin razılaşdırılmış vaxtdan öncə də çıxarılması mexanizmini özündə əks etdirir. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan rus kontingentinin açıq-aşkar dövlət suvenerliyinə, ərazi bütövlüyünə və dövlətin daxili işlərinə müdaxilə etdiyini bəyan edərsə, sülhməramlılar razılaşdırılmış vaxt başa çatmadan öncə də bölgəni tərk etməyə məcbur edilə bilər. Azərbaycanın bu addımı beynəlxalq hüququn heç bir normasını pozmur. Heç kim Azərbaycanın bu hüququnu məhdudlaşdıra bilməz.
İndiki şəraitdə Rusiyanın Azərbaycanla münasibətlərinin yüksək, hətta srateji müttəfiqlik səviyyəsində olması maraqlarımıza uyğundur. Bu səbəbdən Azərbaycanın vaxtından öncə sülhməramlıların bölgədən çıxarılması ilə bağlı tələb səsləndirməsi dövlət maraqlarımız üçün uyğun deyil. Sülhməramlıların 2025-ci ilə qədər bölgədə fəaliyyət göstərməsi maraqlarımız üçün təhlükə formalaşdırmır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv