!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların gələcək AQİBƏTİ: "Rusiya hərbi kontingentinin Qarabağda qalmasına..."

!Reklam – Yazi

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməkdən əlavə son əməliyyatların ona heç bir aidiyyətinin olmadığını bildirməklə, faktiki olaraq 10 noyabr razılaşmasından çıxıb”.

Bu sözləri Rusiya sülhməramlılarının gələcək taleyinin necə olacağını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirdi ki, Rusiya sülhməramlıları 2025-ci ildən daha tez çıxa bilər:

“Son baş verənlərə nəzər salaraq düşünürəm ki, əgər erməni köçü bu sürətlə davam edərsə, Rusiya sülhməramlılarının əvvəlki razılaşmada olduğu kimi, 2025-ci ildə deyil, daha tez bölgədən çıxarılması üçün münbit şərait yaranmış olur. Məlumdur ki, bu kontingent xarici hərbi baza statusunda deyil. Düşmən tərəflər arasında vasitəçi sülhməramlı missiyanı yerinə yetirən bir birləşmədir və bu missiyanın hələ də statusu da təsdiq olunub müəyyənləşməyib.

Faktiki olaraq ərazidə erməni silahlıları qalmayıb, bu o deməkdir ki, atəşkəsin pozulması anlayışı da yoxdur. Belə olan təqdirdə əvvəllər hakim rolunu oynayan Rusiya sülhməramlılarının regionda qalması üçün heç bir əsas qalmır.

Bundan əlavə ərazidən erməni sakinlər sürətlə çıxıb gedir. Erməni sakinlər tamamilə çıxsa, yenə rus ordusuna gərək qalmır. Məlum Bəyannaməni imzalayan tərəflərdən biri olan Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməklə yanaşı, son əməliyyatların ona heç bir aidiyyətinin olmadığını bildirməklə, faktiki olaraq bu razılaşmadan çıxıb. Qalan iki tərəf isə (Rusiya və Azərbaycan) aralarında razılaşıb, rus hərbçilərini layiqli, təntənəli şəkildə ərazidən çıxara bilər. Çünki hətta erməni sakinlər qalan ərazilərdə də artıq Azərbaycan polisi, təhlükəsizlik, digər dövlət orqanları və FHN tam şəkildə fəaliyyət göstərir. Və heç bir insident, narazılıq faktı yoxdur. Ona görə də çox güman ki, biz tezliklə Rusiya sülməramlı hərbi kontingentinin Qarabağ iqtisadi zonasından çıxarılmasının şahidi ola biləcəyik.

Yeri gəlmişkən, Azərbaycan heç bir erməniyə zor tətbiq edərək çıxarmır. Əksinə, çıxanlara “niyə çıxırsınız?”, “qalın yaşayın” təklifi edilir. Hesab edirəm ki, hərb tarixində bu cür qanlı münaqişənin belə sivil şəkildə həlli olmayıb. Azərbaycan dünyaya nümunə olacaq bir proses həyata keçirir”.

Səxavət Məmməd

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv