!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların TƏRƏFKEŞLİYİ: "Azərbaycan ordusunun atdığı addımlar..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan heç bir dövlətin ərazisinə girməyib, belə bir fikri də yoxdur”.

Bu sözləri Qarabağda baş verən son hadisələr, Rusiya sülhməramlılarının silah, sursat tədarük etməsini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya sülhməramlılarının görməli olduğu işləri Azərbaycan ordusu yerinə yetirir:

“Sonucu keçirilən iki əməliyyat son dərəcə vacib idi. Laçın dəhlizindən əvvəl birbaşa, sonradan isə dolayı yollarla sülhməramlı kontingentin vasitəsi ilə separatçılara silah, sursat, hərbi yönümlü təminat keçirilirdi. Azərbaycan dövləti düzgün addım atdı, ordu itkisiz olaraq xüsusi əməliyyat keçirdi. Lazım olan yüksəkliklər əldə olundu.

Bəzi ekspertlər çıxış edir ki, sülhməramlılar qısa zamanda ərazidən getməlidir. Ortada 10 noyabr bəyanatı var və bəyanatda Rusiya sülhməramlılarının hansı müddətə qalacağı açıq şəkildə yazılıb. Zaman yetişdikcə dövlət öz maraqlarına uyğun addımlar atacaq. Rusiya sülhməramlıları bəyanatın bir neçə bəndini yerinə yetirmir. Azərbaycan ordusu həm öz vəzifə borcunu yerinə yetirir, həm də rusların atmalı olduğu addımları atır.

Ermənistanda yenə aləmi bir-birinə qatıblar ki, Azərbaycan onların ərazisini zəbt edir. Azərbaycan heç bir dövlətin ərazisinə girməyib, belə bir fikri də yoxdur. Azərbaycan yalnız öz ərazisində əməliyyatlar keçirir. Hesab edirəm ki, bu əməliyyatları keçirmək zərurətdən irəli gəlir”.

Səxavət Məmməd

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv