!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların yaxınlaşan SONU: "Azərbaycanın Rusiya ordusunu öz ərazisindən çıxarmaq yönündə ciddi..."

!Reklam – Yazi

“Vaxt çatanda rus ordusunun Qarabağdan çıxacağının şahidi olacağıq”.

Bu sözləri Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, mövcud şəraitdə rus ordusunun Qarabağda qalmasına ehtiyac yoxdur:

“Rusiya sülhməramlılarının qəbul edilməsi hamıdan çox Azərbaycan rəhbərləyi üçün ağır idi. Ancaq baş verən proseslər göstərir ki, bu, düzgün addım idi. Tam əminəm ki, Azərbaycan tərəfi Rusiyaya sülhməramlı mandatı verərkən onların ikinci dəfə təkrar olunacağını düşünmürdü. Sülhməramlı kontingent bir dəfə üçün düşünülmüş addım idi.

Onlar əraziyə yerləşəndən sonra erməni tərəfinin provokasiyası, sərhəddə və Qarabağda olan atışmalar, həmçinin İranın və Rusiyanın özünün təxribatı ona hesablanmışdı ki, sülhməramlıların mandatı uzadılsın. Ancaq vəziyyət dəyişdi. Rusiya ilə Ukrayna arasında olan müharibə çox şeydə olduğu kimi, burada da dəyişiklik yaratdı. Rusların Qarabağdan getməsi üçün münbit şərait yaranıb.

Əvvəl Laçın dəhlizində və Qırmızı bazar istiqamətində ruslar fəaliyyət göstərirdisə, artıq Laçın dəhlizində, demək olar ki, onlar fəaliyyət göstərmirlər. Yalnız humanitar yardımlar daşımaqla məşğuldurlar. Bundan əlavə, Azərbaycan sərhəd istiqamətində əməliyyatlar keçirəndən sonra nəzarət buraxılış məntəqələri qurub. Hətta Ermənistan tərəfi də bu addımı atıb. Onlar artıq sənədləri yoxlayaraq sərhəddən insanları Qarabağa buraxırlar. Bütün bunlar Rusiya sülhməramlılarını neytrallaşdırıb. Onlar artıq lazımsız kimi görünürlər.

Azərbaycanın Rusiya ordusunu öz ərazisindən çıxarmaq yönündə ciddi təcrübəsi var. 1991-92-ci illərdə Rusiya ordusunun böyük hissəsi ərazimizdən çıxarıldı. Ən son isə məhz bu iqtidarın zamanında 9 dekabr 2012-ci ildə tərəflərin icarə dəyərinə dair razılığa gələ bilməməsinə görə Rusiya Qəbələ RLS-dəki fəaliyyətini dayandırdı.

Ermənistan tərəfi də maraqlı görünür ki, bölgədə sülh olsun. Belə olan halda, Rusiya ordusuna ehtiyac qalmayacaq. Ermənistan rəhbərliyi hətta öz ərazisində olan rus qoşununu çıxarmaq istəyir. Təbii ki, Qarabağda yaşayan separatçı rejim rus ordusunun qalmasını istəyirdi. Azərbaycan tərəfi Qarabağda olan dinc erməniləri öz vətəndaşı kimi qəbul etmək istəyir və bunu dəfələrlə bəyan edib. Belə olan təqdirdə, rus ordusu eynilə 91-92-ci illərdə olduğu kimi, getmək istəyəcək. O illərə baxmış Azərbaycan indi daha güclüdür. Hesab edirəm ki, vaxt çatanda rus ordusunun Qarabağdan çıxacağının şahidi olacağıq”.

Səxavət Məmməd

www.yenicag.az

929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv