!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhyaratma prosesində ciddi irəliləyiş: "Ermənistanla Azərbaycan arasında müqavilə..." - ŞƏRH

!Reklam – Yazi

“Qarabağdakı ermənilər məsələsinə istər Ermənistan, istər Rusiya, istərsə də Avropa İttifaqı tərəfindən kənar müdaxilələr demək olar ki, minimuma enib”.

Bu sözləri Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesinin gedişi haqqında danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin onurğası artıq hazırdır:

“Sülhyaratma prosesində ciddi irəliləyişlər var. Hətta sülh müqaviləsinin ilkin variantı demək olar ki, hazır vəziyyətdədir. İddia edilir ki, ən çətin, ən prinsipial məsələlər üzərində də anlaşma, kompromislər əldə edilib. Nikol Paşinyan dünən hökumətin iclasında sülh müqaviləsi ilə bağlı müəyyən siqnallar verib. O qeyd edib ki, sülh müqaviləsi üzərində ciddi sürətdə işləyirik. Nəticələrin əldə edilməsinə də çox vaxt qalmayıb. O, öz çıxışında, onların dili ilə desək, “Artsax” haqqında heç nə deməyib. Hətta Laçın yolu haqqında kompromisli razılaşmaların əldə ediləcəyinə eyham vurulub.

Təsdiq edilməmiş informasiyalara görə, Azərbaycan Laçın yolunun Ermənistanla sərhəd hissəsində nəzarət buraxılış məntəqəsini qurmağa başlayıb və bu, Rusiya ilə də razılaşdırılıb. Belə görünür ki, Qarabağdakı ermənilər məsələsinə əvvəlki kimi istər Ermənistan, istər Rusiya, istərsə də Avropa İttifaqı tərəfindən kənar müdaxilələr demək olar ki, minimuma enib. Burada əsas Rusiyanın sərgilədiyi mövqedir. Nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarının ola biləcəyi haqqında da fikirlər səsləndirilir.

Azərbaycan ordusunun son əməliyyatları, Ermənistanla sərhəddə delimitasiya məsələsinin razılaşdırılması və kompromis əldə edilməsi onu göstərir ki, sərhədlərin müəyyən edilməsi ilə bağlı da işlər aparılmaqdadır. Orada da ciddi problemlərin olmayacağı barədə düşünmək olar.

Azərbaycan öz suveren əraziləri üzərində suveren hüquqlarını bərpa etmək üzrədir. Yaxın vaxtlarda rəsmi Bakının təklif etdiyi kommunikasiya məsələləri üzrə Qarabağ erməniləri ilə görüşün yeni forması baş tuta bilər”.

Səxavət Məmməd

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv