!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sumqayıt” Çad millisinin hücumçusunu transfer etdi

!Reklam – Yazi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

“Gənclik şəhəri” təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, komanda son klubu Kipr “Anortosis”i olan Çad millisinin üzvü Kasimir Ninqa ilə bir illik müqavilə imzalayıb. 30 yaşlı cinah hücumçusu “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kasimir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv