Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıt Dövlət Universitetindən QƏRİBƏ GÖSTƏRİŞ: Tələbənin xarici görünüşü və saqqalı səliqəli olmalıdır

“Tələbənin xarici görkəminə görə ali təhsil müəssisəsinə buraxılmaması qanunaziddir”.

Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbərliyi tərəfindən tələbələrə xarici görkəmlərinin daim səliqəli olması ilə bağlı göstəriş verilməsini hüquqi cəhətdən dəyərləndirən vəkil Roman Qaraşov Yenicag.az-a açıqlamasında deyib.

Vəkil qeyd edib ki, universitet tərəfindən tələbəyə konkret meyarlar üzrə məhdudiyyət qoyularsa, bu fakt üzrə araşdırma aparılmalıdır:

“Azərbaycanın ali təhsil müəssisələrində vahid geyim forması və xarici görünüşlə bağlı Nazirlər Kabineti və ya universitetlər tərəfindən hər hansısa rəsmi qərar qəbul olunmayıb. Eyni zamanda bu məsələdə Təhsil Nazirliyinin də aktı yoxdur. Ona görə də ali təhsil müəssisəsində tələbəyə məhdudiyyətin qoyulması doğru deyil. Sadəcə olaraq təhsil müəssisələrinin ictimai yer olması və burada peşəkar kadrların hazırlandığını nəzərə alaraq, tələbə və müəllim heyətinin geyim qaydalarına riayət etməsi, xarici simanın mümkün qədər səliqəli olması tövsiyə oluna bilər. Tələbə oğlanın saqallı olması və ya tələbə qızın geyiminə görə ali təhsil müəssisəsinə buraxılmaması qanunla tənzimlənmir. Tələbəyə qarşı bu cür məhdudiyyətin tətbiqi onun təhsil hüququna birbaşa müdaxilə etməkdir. Bununla bağlı təhsil müəssisənin məsuliyyəti məsələsini hüquqi müstəviyə qaldırmaq mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

391
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100