!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

 “Sumqayıt” “Neftçi” ilə “Qəbələ” “Zirə” ilə qarşılaşacaq 

!Reklam – Yazi

Fevralın 4-də futbol üzrə Azərbaycan çempionatının XXI turu çərçivəsində iki oyun keçiriləcək.

Yenicag.az xəbər verir ki, saat 15:00-da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü Elçin Məsiyev idarə edəcək. “Neftçi” 32 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 31 xalla üçüncü pillədə qərarlaşıb.

Saat 17:30-da başlayacaq “Qəbələ” – “Zirə” qarşılaşmasında baş hakim Rəşad Əhmədov olacaq. Oyun Qəbələ şəhər stadionunda baş tutacaq. Çempionatda sonuncu pillədə qərarlaşan “Qəbələ”nin 14 xalı var. “Zirə” isə 30 xalla üçüncüdür.

Xatırladaq ki, tur çərçivəsində fevralın 3-də iki oyun keçirilib. Lider “Qarabağ” səfər oyununda “Səbail”i 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 50-yə çatdırıb. “Səbail” isə bu məğlubiyyət nəticəsində yeddinci pilləyə geriləyib. Bu komandanın aktivində 27 xal var.

Digər oyunda – “Sabah” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərqlənib. “Sabah” 27 xalla beşinci, ondan bir xal geri qalan tovuzlular isə səkkizinci sırada qərarlaşıblar.

Premyer Liqanın XXI turuna fevralın 5-də oynanılacaq “Kəpəz” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Kamal Umudlu idarə edəcək. “Araz-Naxçıvan” 27 xalla altıncı, “Kəpəz” isə 17 xalla yeddinci pillədə yer alıb.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv