!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt sakinlərini şantaj edən şəxslər yaxalandılar

!Reklam – Yazi

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri – K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv