!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt və Yevlaxda yanğın baş verdi

!Reklam – Yazi

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin zirzəmisində 50 m² sahədə əşyalar, 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları, digər otaqda 1 ədəd mebel dəsti, 1 ədəd pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin zirzəmisindən həcmi 30 və 50 litr olan 2 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 120 m² olan kürsülü, bir mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv