!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda 28 ailənin 1 qaz sayğacı var - ŞİKAYƏT / VİDEO

!Reklam – Yazi

28 ailə üçün yalnız 1 qaz sayğacı quraşdırılıb.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, elə limit də ancaq bir ailə üçün nəzərdə tutulub.

15-ci məhəllədə yerləşən yataqxananın sakinləri bildirir ki, Sumqayıt qaz idarəsi tərəfindən illər öncə 28 ailə üçün yalnız 1 smart tipli sayğac quraşdırılıb. Qaz limiti isə yalnız 1 ailənin istifadə edə biləcəyi formada hesablanıb. Limit qısa vaxtda bitən kimi, sakinlərin də problemləri yaranır.

Sakinlərin sözlərinə görə, bu ilin fevral ayının 2-də ərizə ilə aidiyyəti quruma müraciət ediblər. Ancaq onların şikayətinə hələ də baxan olmayıb.

Məsələ ilə bağlı Azəriqaz İB-dən “XəzərXəbər”ə bildirildi ki, sakinlərin şikayəti qısa vaxt ərzində öz həllini tapacaq.

Hazırda ailələr məcbur qalıb qaz balonlarından istifadə edirlər.

Daha ətraflı videoda:

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv