!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi, biri öldü

!Reklam – Yazi

Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə çağırış daxil olub.

Stansiyadan Yenicag.az-a bildirilib ki, onlardan bir nəfərin – 1958-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölümü qeydə alınıb. 1958-ci və 1999-cu il təvəllüdlü şəxslər (hər ikisi qadın) isə dəm qazının toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.

Eyni diaqnozla, 2020-ci və 2022-ci il təvəllüdlü iki azyaşlı da Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı şəhərin hüquq-mühafizə orqanları araşdırma aparır.

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv