Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda dəhşətli hadisə: Oğul atasını və qardaşını döydü  

Sumqayıtda döyülmə hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Şərifov İmran Şərif oğlu və atası, 1947-ci il təvəllüdlü Şərifov Şərif Bəhram oğlu ailə münaqişəsi zəminində 1970-ci il təvəllüdlü Şərifov Kənan Şərif oğlu tərəfindən döyülüblər. Qeyd edək ki, K. Şərifov ailənin digər övladıdır.

Yaralıların sözlərinə görə, K. Şərifov atasına və qardaşına güldan və bellə ağır xəsarətlər yetirib. Hər iki yaralı dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan ata və oğulun vəziyyəti ağırdır.

Hadisədən sonra K. Şərifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Loading...

www.yenicag.az

3368
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100