saunafireSumqayıtda kafelərdən birində güclü yanğın baş verib.

Yanğın gecə saatlarında vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxində baş verib. Yüksək temperaturdan bitişik tikilmiş kafenin tavanının bir hissəsi əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."