Sumqayıtda içi sərnişinlə dolu avtobus “Kamaz”la toqquşdu – 15 yaralı

Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.

Yenicag.az xəbər verir ki, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)