!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda iki azyaşlı bacının ölüm səbəbi AÇIQLANDI

!Reklam – Yazi

Sumqayıtda bir ailənin iki azyaşlı övladının qida zəhərlənməsindən dünyasını dəyişdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, azyaşlılar yemək yedikdən sonra halları pisləşib və onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişib.

Sumqayıt şəhər sakinləri, 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı və bacısı 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızının meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Sumqayıt Tibb Mərkəzindən Trend-ə verilən məlumatda bildirilir ki, eyni ailənin üzvü olan iki azyaşlı bu gün saat 05:35-də valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv