!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda iki gənc batdı - Araşdırmalar başlandı

!Reklam – Yazi

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, “Caspian Breeze” adlanan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu “Caspian Breeze” ərazisində dənizdə çimərkən boğulub.

Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb./Trend/

www.yenicag.az

4893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv