!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda naqil oğurlamaq istəyən şəxs faciəvi şəkildə ölüb

!Adviad

Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik cərəyanı vurub öldürüb.

Yenicag.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

17-ci mikrorayon, 52-ci binanın qarşısındakı yarımstansiyada 35-40 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

www.yenicag.az

625
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100