!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda sexdə yanğın baş verib - VİDEO

!Reklam – Yazi

Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində sexdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 2 boksdan ibarət ümumi sahəsi 400 kvadratmetr olan qeyri-qida yağlarının təkrar emalı sexində baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin bir boksunda hər birinin həcmi 200 litr olan 10 ədəd qarışıq plastik yağ çəlləyi və dağılmış yağ qalıqları 100 kvadratmetr sahədə yanıb.

Sex və digər boksda olan 20 ton yağ yanğından mühafizə olunub.

 

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv