Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda top mərmisi aşkarlandı

Aprelin 13-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub.

FHN mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilən pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.

Əraziyə təkrar baxış zamanı digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

Loading...

www.yenicag.az

116
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100