!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda xanımların iştirakı ilə “Zəfər yürüşü təşkil olundu - FOTO

!Reklam – Yazi

Sumqayıtda xanımların iştirakı ilə “Zəfər yürüşü təşkil olunub.

Məqsəd şəhidlərimizin əmanətlərinə mənəvi dəstək göstərmək, daim onların yanında olduqlarını hiss etdirməkdir.Həmçinin igid oğullarımızı dünyaya gətirən Azərbaycan xanımı obrazını yaratmaqdır. Bunun üçün bir araya gələn vətənpərvər xanımlar Xəzərin Sumqayıt sahili boyunca at belində yürüş ediblər. Zəfər yürüşü üç rəngli Azərbaycan bayrağının açılması ilə başa çatıb.

Yürüşdə qəhrəmanlarımız şəhid general Polad Həşimovun qızı Aybəniz, şəhid mayor Elşad Həsənovun qızı Aysun , şəhid polkovnik-leytenant Sədi Musayevin qızı Arzu ilə yanaşı Diasporla İş üzrə Dövlət Komitəsi,  Miqrasiya könüllüsü İB, Dost Agentliyi və ASAN Xidmət könüllüləri, eləcə də ictimai fəal xanımlar iştirak ediblər. Layihənin rəhbəri Həcər Əkbərovadır.

Zəfər yürüşündən sonra iştirakçılar Sumqayıt Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi ziyarət ediblər.

 

 

    

  

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv