!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda zəncirvari qəza baş verdi - Xəsarət alanlar var

!Reklam – Yazi

Sumqayıtda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıtın Babək küçəsində bir neçə avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəstəxanaya çatdırılanlardan biri Sumqayıt sakini, digərləri isə Bakı sakinləridir.

Onlar, 1971-ci təvəllüdlü İmanov Mehman Şükür oğlu döş qəfəsinin küt travması, 1970-ci il təvəllüdlü Qarayeva Pərvanə Rafiq qızı döş qəfəsinin küt travması və 2001-ci il təvəllüdlü Musayeva Aişə Şəadət qızı burundan sınıq xəsarətləri alıblar.

Həkimlərin ilkin tibbi yardımından sonra M.İmanov və P.Qarayeva ambulator müalicəyə yola salınıblar, A.Musayeva isə travma xəstəxananın travma şöbəsində müalicəsini davam etdirir.

www.yenicag.az

917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv