!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtdakı yanğında 5 FHN əməkdaşı xəsarət alıb - YENİLƏNDİ

!Reklam – Yazi

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur. 

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.

***

Sumqayıtda baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.

Beləliklə, xəsarət alan yanğınsöndürənlərin sayı 5-ə çatıb.

***

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Bununla yanğında xəsarət alan yanğınsöndürənlərin sayı 3-ə çatıb.

***

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.

www.yenicag.az

1321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv