!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNDİ

!Reklam – Yazi

Sumqayıt şəhərində 16-cı mikrorayon ərazisində yanğın baş vermiş transformatorda təmir işləri başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərişıq ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin “Sumqayıt Elektrik Şəbəkəsi”ndən məlumat verilib.

Bildirilib ki, ötən gün axşam saatlarında transformatorda baş vermiş yanğınla əlaqədar olaraq ərazidə elektrik enerjisinin verilişində yaranmış fasilələr aradan qaldırılıb.

Qeyd edilib ki, transformatorda aparılan təmir işləri yekunlaşıb və ərazidə enerjisinin verilişi tam bərpa olunub.

***

15:32

Sumqayıtda transformatorda baş vermiş yanğın nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında ərazini elektrik enerjisi ilə təmin edən transformatorda yanğın baş verib. Nəticədə mikrorayon ərazisində elektrik enerjisinin verilişi kəsilib və xeyli sayda ev işıqsız qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Amma evlərə və mənzillərə elektrik enerjisinin verilişi tam bərpa olunmayıb.

Azərişıq ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsindən bildirilib ki, hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri aparılır:

“Qısa zaman ərzində ərazidəki evlər və mənzillər elektrik enerjisi ilə tam təmin ediləcək”.

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv