!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sunami XƏBƏRDARLIĞI: F-15-ləri təhlükəsiz bölgələrə çəkdilər

!Reklam – Yazi

Yaponiya Tayvanda baş verən 7,4 bal gücündə zəlzələdən sonra F-15-ləri təhlükəsiz bölgələrə çəkib.

Yenicag.az xəbər verir ki, Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Okinava adasındakı Naha aviabazasının X sosial media hesabında şəhər daxilində ictimai yollarda park edilmiş F-15-lərin qeyri-adi fotoları yerləşdirilib.

Yaponiya 3 aprel 2024-cü ildə Tayvanda baş verən zəlzələdən sonra verilən sunami xəbərdarlığı ilə hərəkətə keçib.

2011-ci ildə Yaponiyada baş verən sunami zamanı bir çox hərbi təyyarələr, xüsusilə “Mitsubishi F-2” reaktivləri ciddi zədələnmişdi.

Bir çox təyyarənin təmiri üçün illər lazım olub.
Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu bildirib.

Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) zəlzələnin maqnitudasını 7,2 olaraq açıqlayıb və bunun Tayvanda son 25 ildə baş verən ən güclü zəlzələ olduğunu bildirib.

21 sentyabr 1999-cu ildə Tayvanda Taypeyin 150 kilometr cənubunda yerləşən Jijidə baş verən 7,7 bal gücündə zəlzələdə təxminən 2400 adam həyatını itirib, 100 mindən çox insan yaralanıb, minlərlə bina dağılıb.

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv