!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intellektin AĞLASIĞMAZ RİSKLƏRİ: “Texnoloji asılılığın bu qədər artması...”

!Reklam – Yazi

“Robot və süni intelektə olan hədsiz inam müəyyən sahələrdə insanlarda əsassız arxayınlıq yarada bilər”

Bu sözləri süni intellektin yarada biləcək problemləri haqda danışan İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əvvəllər əl əməyi tələb olunan bir sıra peşələrdə çalışan əməkdaşların yerini tədricən robotların tutması gələcəkdə böyük işsizlər ordusunun yaranmasına və ciddi sosial-iqtisadi problemlərə yol açacaq:

“Süni intellekt həyatımızı daha rahat və məhsuldar etməklə yanaşı, bəşəriyyət üçün bir çox problemlərə zəmin də yaradır. Robotlardan və süni intellektdən istifadənin artması texnologiyadan asılılığı daha da artırır.

Əgər biz robotlardan və süni intellektdən həddən artıq asılı olsaq, onların işində baş verən xətalar, yaxud da təhlükəsizliklə əlaqədar yaranan boşluqlar gündəlik həyatımızı ciddi şəkildə poza bilər.

Son illər süni intellektdə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, robotların insanlarla emosional əlaqə qurmaq imkanları hələ ki məhduddur. Çünki onların emosional zəkası yoxdur və bu səbəbdən, mürəkkəb emosional vəziyyətləri anlamaları, onlara reaksiya vermələri imkansızdır.

Bu hal insanlarda, xüsusilə də insan mərhəmətinin və empatiyasının tələb olunduğu sahələrdə cansıxıcı durum, həmçinin natamamlıq kimi hisslər formalaşdıra bilər. Eyni zamanda, onların gündəlik həyatımıza müdaxiləsi təhlükəsizlik və məxfilik risklərini də artrır.

Əşyaların interneti (İoT) və digər bu kimi cihazların artması üzündən robotlar kibermüdaxilə və sui-istifadə üçün ciddi hədəf seçilə bilər. Məlumatların silinməsi, idarəetmə sistemlərinin ələ keçirilməsi və ya robotlardan hüquqazidd fəaliyyətlər üçün alət kimi istifadəsinin mümkünlüyü mütləq qaydada nəzərə alınacaq potensial təhlükələrdir.

Robot və süni intelektə olan hədsiz inam müəyyən sahələrdə insanlarda əsassız arxayınlıq yarada bilər. Ən çox da müəyyən dəqiqlik tələb edən hesablamaların süni intellekt vasitəsilə aparılması belə bir təsəvvür formalaşdırır ki, əvvəllər insan zəkası tələb edən bu cür hesablamalar artıq istisnasız olaraq robotların “iş”idir”.

Nuray Məmmədzadə

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv