!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intellektin yaratdığı fotonu realdan necə ayırd etmək olar?

!Reklam – Yazi

Neyron şəbəkələri sürətlə inkişaf edir. Onların yaratdığı şəkillər əsl şah əsərlər kimi müsabiqələrdə birinci yerləri tutur.

Neyroşəbəkə adi fotoşəkillərə bənzəyən mövcud olmayan insanların portretlərini çəkməyi öyrənib.

Bəs qarşınızda olan şəklin real yaxud süni intellekt tərəfindən hazırlandığını başa düşmək mümkündürmü?

Yenicag.az xəbər verir ki, RTU MIREA-nın Kibertəhlükəsizlik və Rəqəmsal Texnologiyalar İnstitutunun İntellektual İnformasiya Təhlükəsizliyi Sistemləri Departamentinin rəhbəri Şamil Maqomedov deyir ki, ilk olaraq insan siluetinin arxasındakı fona diqqət yetirmək lazımdır.

“Bir çox süni intellektə əsaslanan proqramlar, demək olar ki, üzün yalnız yaxından çəkilmiş fotoşəkillərini yaradır – “pasport” formatında. Çəkilən fotoda arxa fon da görünürsə, o, adətən bulanıq olur və görünən detallar çox şərti olaraq çəkilir: məsələn, binalar əyilə bilər və ağaclar uşaq rəsmlərindəki kimi ola bilər”, – deyə mütəxəssis bildirib.

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv