!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intellektin yaratdığı RİSKLİ ADDIMLAR: “Şəxsi məlumatların təhlükəsizliyini təhdid edə bilər”

!Reklam – Yazi

“Süni intellektin alqoritmləri, sosial bərabərsizlikləri gücləndirə və müəyyən qruplara qarşı ayrı-seçkilik yarada bilər”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar süni intellektən istifadə hallarının çoxalması, bu istiqamətdə müsbət addımlar və mümkün risklər haqda danışan İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.


Onun sözlərinə görə, süni intellekt bəzi hallarda insanı əvəz edə, hətta insan zəkasını imitasiya edə bilir.

“Süni intellekt avtomatlaşdırmadan fərqli olaraq, düşünən və öyrənən, avtomatlaşdırma isə təkrarlanan prosesləri avtomatlaşdırmaq üçün, istifadə edilən bir texnologiyadır. Ona görə də süni intellekt bəzi hallarda insanı əvəz edə, yəni insan zəkasını imitasiya edə bilir. Süni intellekt bir çox məsələləri bizim üçün asanlaşdırır. Prosesləri optimallaşdırır, xətaları azaldır və məhsuldarlığı artıra bilir. Eyni zamanda, xəstəliklərin diaqnostikasında, dərmanların kəşfində, fərdiləşdirilmiş müalicə işlərində və onun monitorinqində kömək edə bilir. Süni intellekt eyni zamanda böyük miqdarda məlumatları təhlil edir və innovasiyaların inkişafına təkan verə bilir”, – deyə o əlavə edib.

Mütəxəssis qeyd edib ki, risklərin idarəetməsində, strategiyaların hazırlanması, müştərilərin tələblərinin proqnozlaşdırılmasında süni intellekt geniş istifadə olunur:

“Avtomatlaşdırma proseslərini təkmilləşdirərək, iş yerlərində effektivliyi artıra bilir. Süni intellekt musiqi və film sahəsində də geniş istifadə olunur. Açıq mənbələrdə olan məlumatlarda deyilir ki, son illərdə süni intellektə qoyulan özəl investisiyalar artaraq, 90 milyard ABŞ dolları keçib. Lakin xüsusi ilə qeyd etmək lazımdır ki, mütəxəssislər, bu sahədə etik və təhlükəsizlik aspektlərini də nəzərə alaraq iş aparmalıdırlar. Süni intellekt insan məntiqinin maşın və ya proqram təminatında tətbiqini nəzərdə tutan bir elmdir. Bu sahə, imkanlarla yanaşı, təhlükəli məqamları da özü ilə gətirir”.

Mütəxəssis süni intellektin yarada biləcəyi bəzi risklərdən də danışıb. Onun sözlərinə görə, süni intellektin bəzi riskləri və təhlükələrini qeyd etmək mümkündür.

“Süni intellekt və avtomatlaşdırma, insan əvəz etmək potensialına malikdir. Bu, iş yerlərinin itirilməsinə və əmək bazarında dəyişikliklərə səbəb ola bilər. Sistemlər mürəkkəbləşdikcə, onların üzərində nəzarəti itirmək riski də var. Süni intellektin alqoritmləri, sosial bərabərsizlikləri gücləndirə və müəyyən qruplara qarşı ayrı-seçkilik yarada bilər. Eyni zamanda, süni intellekt məlumatların emalı və analizi üçün istifadə olunur. Bu hal məxfilik məsələlərini və şəxsi məlumatların təhlükəsizliyini təhdid edə bilər”, – deyə o bildirib.

B.Əliyev qeyd edib ki, hərbi və tibbi sahələrdə də istifadə olunan süni intellektin sadəcə müsbət və insanlıq üçün, faydalı dəyərlər yaradmasından əmin olmağa ehtiyac var:

“Ona görə də xüsusi nəzarət mütləqdir. Bu təhlükəli məqamların idarə edilməsi üçün, etibarlı təhlil, təhlükəsizlik tədbirləri və etik standartlar tətbiq edilməlidir. Süni intellektin inkişafı, məsələlərin diqqətli şəkildə tədqiq edilməsini və düzgün tədbirlərin göstərilməsini tələb etməkdədir. Facebook, İnstagram kimi bir çox sosial şəbəkələr onlarda süni intellketdən istifadə edilərək, yaradılmış məzmunları xüsusi olaraq, etiketləməyə qərar veriblər. Meta süni intellektdə yaradılmış məzmunlara “Imagined with AI” sözləri əlavə edilərək, məzmunun süni intellekt tərəfindən hazırlandığını göstərirlər. Hələlik bu barədə yanaşma odur ki, video və foto istehsalı edən süni intellekt aləti fayla gizli “MetaData” əlavə etsin. Sonradan bu faylları, sosial şəbəkələrə əlavə etdikdə, sosial şəbəkələr məzmunun real olmadığını və süni intellekt tərəfindən yaradıldığını təyin edib müvafiq olaraq, isifadəçilərə bildirərək digər etik tələblərin şərtlərini həyata keçirsinlər.

Düşünürəm ki, bəzi işlər görülsə də, tam həll hələlik yoxdur. Ona görə də istifadəçilərə istifadə etdikləri məzmunları digər etibarlı kanallar vasitəsi ilə də dəqiqləşdirib, dezinfomasiyadan yayınmalarını məsləhət görürəm. Çətinlik olarsa, sahə üzrə mühəndislərin tövsiyələrinə müraciət etsinlər”.

İsmayıl Bakuvi

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv