!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intellektin yol açdığı dəhşətli SONLUQ: “Pis məqsədli insanlar...” - AÇIQLAMA

!Reklam – Yazi

Bütün dünyada süni intellektin “xaç atası” hesab edilən Geofrey Hinton maraqlı fikirlər səsləndirib.

Yenicag.az xəbər verir ki, o süni intellektin gələcəyi, hazırda tutduğu yer, insanların həyatındakı önəmi ilə bağlı xarici jurnalistlərə müsahibə verib.

O bildirib ki, robot çatlar çox təhlükəli ola bilər:

“Hal-hazırda həmin robotlar bizdən daha ağıllı deyil. Amma gələcəkdə olacaqlar. Görürük ki, “GPT4” insan beyninin bacara biləcəyindən də çox məlumat saxlayır. Bütün bunlar barədə narahat olmalıyıq”.

O, həmçinin qeyd edib ki, bəzi pis məqsədli insanlar öz mənfəətlərinə görə süni intellektdən istifadə edə bilər:

“Məsələn,  hansısa dövlət başçısı və ya pis məqsədli biri robotlara öz məqsədlərinə çatmaq üçün müxtəlif əmrlər verə bilər. Bu da çox dəhşətli hadisələrə yol aça bilər. Həmçinin onu da qeyd edim ki, bu cür robotlar əsl insan peşələrini geridə qoyacaq”.

Xatırladaq ki, Hintondan başqa bir neçə texnoloq, kiber ekspertlər və s. də süni intellektin inkişafı ilə bağlı narahatlıqlarını dilə gətirib.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv