!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni intellektlə 6 nəfər günahsız yerə həbs edildi

!Reklam – Yazi

ABŞ polisi süni intellektin üz tanıma vasitələrinə arxalanaraq səhvən 6 nəfəri saxlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektlə saxlanılanların hamısının qaradərili olması diqqət çəkib. Səhvən saxlanılanlar arasında 8 aylıq hamilə olan Porça Vudruf da var.

Dava açmağa hazırlaşan Vudruf “New York Times” qəzetinə danışaraq, fevral ayında uşaqlarını məktəbə göndərəcəyi gün qapıya gələn Detroit polisi tərəfindən evindən aparıldığını deyib:

“Məni maşın oğurlamaqda ittiham etdilər. Hamiləliyin son üç aylıq dövründə polis idarəsində ağrılar yaşadım, lakin həbsdə bir neçə saat gözləməli oldum”.

Məlum olub ki, Vudruf bu cinayətləri törətməyib və polis agentliyinin istifadə etdiyi üz tanıma proqramı onu səhvən müəyyən edib.

Məhkəmə sənədlərinə görə, Vudruffun qanunsuz həbsi Detroit polisinə yanacaqdoldurma məntəqəsinin silahla qarət edildiyi barədə məlumat verildikdən sonra baş verib.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv