!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni mayalanmaya qarşı çıxan deputata REAKSİYALAR: “Buna görə qadınları...” - QARŞIDURMA

!Reklam – Yazi

Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı “Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz, bunun milli mentalitetimizə uyğun olmadığını hesab edirəm” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Deputatın bu fikrini dəstəkləyənlər də olub, qarşı çıxanlar da…

Tibb Universitetinin dosenti, tanınmış doktor Rəşid Mahmudov Yenicag.az-a açıqlamasında süni mayalanmanı “biabırçılıq” adlandırıb:

“Çünki mayalanma müsəlman ölkəsi üçün ayıb işdir, biabırçılıqdır. Mayalanma prosesi birbaşa Hollandiya ilə bağlıdır. Doğulanlar da hamısı holland uşaqları olacaq. Qadınlar süni mayalanmanı daha çox istəyir. Amma arvadlar çox şey istəyir, onlar Allahlıq iddiasındadırlar. Allahla Allahlıq etmək olmaz”.

Sosioloq Əhməd Qəşəmoğlu saytımıza açıqlamasında süni mayalanma ilə dünyaya uşaq gətirən analarla bağlı sərt iradların səslənməsinə qarşı çıxıb:

“Qadın həyat yoldaşının razılığı əsasında süni mayalanma ilə dünyaya övlad gətirir. Buna özbaşına, yaxud tək qərar vermir. Bu proses mənəvi-əxlaqi dəyər çərçivəsində baş tutur. Amma qadınları buna görə qınamaq və barələrində təhqiramiz fikirlər səsləndirmək olmaz.

Süni mayalanma əxlaqsızlıq deyil. O qadınları əxlaqi cəhətdən naqis olan qadınlarla eyniləşdirmək olmaz. Bunun əleyhinəyəm. Bu məsələdə əsas yük İslam alimlərinin üzərinə düşür. Onlar ümumi şəkildə yığışıb, bu məsələni müzakirə edib, aydınlıq gətirməli və süni mayalanma ilə bağlı insanları məlumatlandırmalıdırlar”.

Cəvahir

www.yenicag.az

1382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv