Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şura üzvlüyünə keçirilən seçkinin nəticəsi açıqlanıb

????????????????????????????????????

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupu üzrə seçki keçirilib.

İclasa açıq səsvermə ilə Hafiz Həsənov sədr, Ruhəngiz Hüseynova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Hafiz Həsənov iclasda qeydə alınmış 63 QHT nümayəndəsindən 58-nin iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib.
Şura üzvlüyünə namizədlər Cəmiyyətin və Vətəndaş Cəmiyyətinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli, “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Əliməmməd Nuriyev (57 səs), Əhməd Abasbəyli ( 12 səs) və Qadir İbrahimli (11 səs) olub.

 

Loading...

www.yenicag.az

475
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100