Reklam: High Technic
hightechnic

Suraxanıda qayıq aşdı – 1 nəfər batdı

trend_telim_fhn_130313_13Rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batması faktı qeydə alınıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

www.yenicag.az

139