Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Surət Hüseynov "dirilir"? - Eks-baş nazir prezidentlik iddiasındadır?

Reklam: Sinerji Pro

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov azadlığa buraxılaraq, ölkəni tərk etdikdən sonra sosial şəbəkələrdə görünməyə başlayıb.

Yenicag.az xəbər verir ki, “Facebook”da onun adına açılmış səhifədə son fotoşəkilləri yayımlanan Surət Hüseynov öz təqdimatı ilə yenidən diqqət mərkəzinə gəlib.

Uzun müddətdir ki, Türkiyədə bizneslə məşğul olduğu deyilən sabiq baş nazir haqqında mediada ara-sıra xəbərlərə rast gəlmək olurdu. Lakin Hüseynovun yenidən fəal siyasətə qayıdacağını düşünməyə əsas verən addımları və hazırlıqları barəsində nəsə deyilmirdi.

Lakin “Facebook”da Surət Hüseynovun adına səhifə açılması və son halını əks etdirən fotoşəkillər paylaşması onu yenidən müzakirə obyektinə çevirib. Sabiq hökumət başçısının şəkillərindən də açıq görünür ki, Hüseynovun əhvalı yaxşıdır, hər hansı sıxıntısının olduğu hiss edilmir.

Onun kamera qarşısında əmin-arxayın, hətta bir qədər çağırışçı tərz alması Hüseynovun ambisioz xarakteri üçün təəccüblü deyil.

Hüseynovun adına açılmış “Facebook” profilində yer alan məlumatlar səhifəni onun yaxın çevrəsindəki şəxslərdən birinin açaraq, idarə etdiyini göstərir. Hər halda, həmin səhifədə qeyd edilən 15 aprel 1972-ci il tarixinin Hüseynova aidiyyatı yoxdur – o, 1959-cu il fevralın 19-da anadan olub.

Ancaq səhifədə diqqəti cəlb edən əsas detal bu deyil. Nə qədər təcccüblü olsa da, Hüseynov profilin təqdimat hissəsində “Azərbaycanın xalq qəhrəmanı, Azərbaycanın keçmiş baş naziri, Qarabağ müharibəsinin komandiri, Azərbaycan prezidenti” kimi qeydlər yazılıb.

Bəli, Hüseynov 1993-94-cü illərdə Azərbaycanın baş naziri olub, ondan əvvəl Qarabağ cəbhəsinin komandiri təyin edilib, 1992-ci ildə Milli Qəhrəman adı alıb. Lakin heç vaxt nəinki Azərbaycan prezidenti, heç prezidentliyə namizəd də olmayıb.

Bu qeyd Surət Hüseynovun yenidən siyasi iddiaya düşdüyünü söyləmək üçün bəs edir. Aydın məsələdir ki, keçmiş baş nazir səhifədə özü haqqında yazılmış bu məlumatlardan xəbərsiz ola bilməz.

Ona görə də Hüseynovun özünü “Azərbaycan prezidenti” kimi təqdimatı qətiyyən təsadüfi deyil və bəsit şöhrətpərəstlikdən qaynaqlanmır.

Azərbaycanda gələn il növbəti prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Hüseynovun belə bir təqdimata əl atması açıq mesajdır. Keçmiş baş nazirin ilkin işarətini verdiyi iddiasını üzə çıxarıb-çıxarmayacağı isə yaxın vaxtlarda bilinəcək.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

2874
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM