!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan yoluxma SAYI: "Tam qapanmaya gedilməsini düzgün və məqsədəuyğun saymıram"

!Reklam – Yazi

“Ölkədə yoluxanların sayı artsa da, vəziyyət hələ ki kifayət qədər normaldır”.

Bu fikirləri Azərbaycanda koronavirusla bağlı qapanma qaydalarının bərapsı ilə bağlı müzakirələrə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədrinin fikrincə, hökumətin qapanma üçün gətirdiyi bəhanələr yersiz görünəcək və bu qərar müsbət qarşılanmayacaq:

“Son həftələrdə ölkədə koronavirusa yoluxanların sayının artmasına dair məlumatlar yayılsa da, hesab edirəm ki, xüsusi qapanma rejiminin tətbiqinə ehtiyac yoxdur.

Düzdür, Azərbaycanda onsuz da karantin rejimi qüvvədədir və buna görə müəyyən məhdudiyyətlər hələ də qalmaqdadır. Böyük ehtimalla, yaxın müddətdə karantin rejiminin növbəti dəfə uzadılması haqqında qərar qəbul ediləcək.

Amma tam qapanmaya gedilməsini mən düzgün və məqsədəuyğun saymıram. Çünki ölkədə yoluxanların sayı artsa da, vəziyyət hələ ki kifayət qədər normaldır.

Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, koronavirusla mübarizəda xüsusi metodlardan istifadə edir və bu təcrübə digər dövlətlər tərəfindən də qəbul olunur.

Ancaq başqa dövlətlərdə artıq qapanma böyük mənada ortadan qaldırılıb, sərhədlər açılıb, Azərbaycanda isə hiss olunur ki, qapanmaya meyl güclənir, quru sərhədləri bağlı saxlanılır və sair. Bu baxımdan, hökumətin qapanma üçün gətirdiyi bəhanələr yersiz görünəcək və bu qərar müsbət qarşılanmayacaq”.

A.Zeynalov

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv