!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Surət Hüseynov vəfat etdi - YENİLƏNDİ 3

!Reklam – Yazi

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya yaxınları bildirib.

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

***

Səhhəti qəfil pisləşən sabiq baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının sözlərinə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, angioqrafiya (anju) olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.

***15:25

“Hələ dəqiq bilinmir nə baş verib”.

Yenicag.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir: “Onun reanimasiyada olduğu bildirilir. Hələ ki, ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər komaya düşüb”.

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.

“Vallah bilinmir, qəfil olub deyəsən. Bir ora gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, deyə Surət Hüseynovun kürəkəni bildirib.

***

14:20

Sürət Hüseynov komaya düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***

13:59

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, Surət Hüseynov Moldovadan İstanbula gedən təyyarədə dünyasını dəyişib. O, təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

 

www.yenicag.az

919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv