!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürət qatarlarının sürət PROBLEMİ: "Dəmiryol infrastrukturu nə qədər imkan verirsə..."

!Reklam – Yazi

“Qatar xətlərinin sıfırdan sökülüb yenidən tikilməsi külli miqdarda vəsait tələb etdiyinə görə sürət mövcud şəraitə uyğun seçilir”.

Bu fikirləri Azərbaycanda sürət qatarlarının sürətinin yavaş olması barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dəmiryol infrastrukturu nə qədər imkan verirsə, qatarın sürət həddi də o qədər müəyyənləşdirilir:

“Sürət qatarı ilə sürətli qatar, əslində, ayrı-ayrı anlayışlardır. Azərbaycanda sürət qatarları istifadə olunsa da, sürətli qatarlar hələ ki ölkəmizdə yoxdur. Dəmiryol infrastrukturu nə qədər imkan verirsə, qatarın sürət həddi də o qədər götürülür.

Bu gün Azərbaycanda istismar olunan dəmiryol xətlərinin böyük hissəsi iyirmi-qırx il arası fasiləsiz istismar olunmuş xətlərdir. Hazırda onların çox ciddi təmir olunmasına ehtiyac var. Xətlərdə yüksək sürətlə hərəkət böyük təhlükə yarada bilər. Dəmiryol xətlərinin əksəriyyəti elə ərazilərdən keçir ki, o istiqamətlərdə sürətlə hərəkət edilməsi mümkün deyil. Yaşayış məntəqələrinin yaxınlağından keçən bu xətlərdə yüksək sürət ağır fəsadlar verə bilər.

Bu gün dəmiryolda aparılan islahatlar xətlərin təmiri ilə bağlıdır. Bir çox istiqamətdə qatarın sürətinin 140 km/saat-a qədər qalxdığını müşahidə etsək də, yaşayış məskənlərini, mal-qaranı, qatar yoluna insanların çıxmasını nəzərə alaraq digər ərazilərdə bu sürətin 50-60 km/saat sürətə qədər aşağı enməsinin şahidi oluruq. Qatar xətlərinin sıfırdan sökülüb yenidən tikilməsi külli miqdarda vəsait tələb etdiyinə görə sürət mövcud şəraitə uyğun seçilir”.

İsmayıl Bakuvi

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv