!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürətlə silahlanma və qlobal savaş RİSKİ: “Müxtəlif regionlarda yaranan münaqişələr daha da...”

!Reklam – Yazi

“Üçüncü Dünya müharibəsinin işratıları görünsə də, proseslər qlobal savaşa gətirib çıxarmayacaq”.

Bu fikirləri BMT-nin “oyundankənar vəziyyət”ə düşməsi fonunda cərəyan edən qlobal prosesləri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal miqyasda gərginliyin xeyli artmasına baxmayaraq, dünya müharibəsinin baş verəcəyi gözlənilmir:

“Faktik olaraq, müxtəlif miqyaslarda İran-Pakistan, İran-İraq, Rusiya-Ukrayna, İsrail-HƏMAS qarşıdurmaları mövcuddur. Münaqişə həddində olan ölkələrin silahlanmanı intensivləşdirdikləri, dünyanın ın böyük hərbi bloku olan NATO-nun daha da genişləndiyi müşahidə olunur.

Belə bir şəraitdə müxtəlif regionlarda yaranan münaqişələr daha da genişlənir. İndiki şəraitdə BMT Təhlükəsizlik Şurası demək olar, işləmir. Artıq qurum iflic vəziyyətinə düşüb və əvvəlki təsir imkanlarını itirib.

ABŞ-da prezident seçkiləri yaxınlaşır və Trampın yenidən hakimiyyətə gəlmə ehtimalı artır. Mövcud durumda isə dünyanın hər yerində müharibə ocaqları yaranır. Üçüncü Dünya müharibəsinin işratıları görünsə də, proseslər qlobal savaşa gətirib çıxarmayacaq. Fikrimcə, dünya birliyi buna getməyəcək. Belə düşünürəm ki, 2024-cü ilin ikinci yarısından sonra proseslər nisbətən pozitiv məcraya keçəcək”.

Səxavət Məmməd

www.yenicag.az

2136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv