!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürətli bahalaşmaya “uduzan” TƏLƏBƏ TƏQAÜDÜ: “205 manatlıq fərqi azaltmaq üçün...”

!Reklam – Yazi

“Tələbələrə verilən ən aşağı təqaüd minimum əmək haqqının 50 faizindən az olmamalıdır”.

Bu fikirləri tələbələrə verilən təqaüdün minimum əmək haqqına uyğunlaşdırılmasının vacibliyi haqda danışan təhsil eksperti Cahid İmanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, mövcud vəziyyəti nəzərə alanda, tələbələrə verilən təqaüdün məbləğinin artırılmasına ehtiyac olduğu açıq görünür:

“Hazırda tələbə təqaüdlərinin məbləği 66 manatdan 400 manata qədərdir. 66 manat peşə təhsili və orta ixtisas təhsil müəssisələrində, 400 manat isə doktronturada təhsil alanlara aiddir. Ali təhsil müəssisələrində isə təqaüdlər 100-175 manat arasında dəyişir.

Xatırladım ki, 2023-cü ildə minimum əmək haqqı 345 manat təşkil edib. Məsələyə ətraflı yanaşma isə belə olmalıdır. Adətən, Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə orta məktəbi bitirən 18 yaşlı gənclər əmək qabiliyyətli sayılır. Onlar bu yaşdan müxtəlif işlərdə işləməklə, ilk növbədə ailələrinin maddi yüklərini azaltmağa, valideyinlərinə kömək etməyə çalışırlar.

Əslində, indiki vəziyyətdə bir çox ailələr övladlarının ancaq həddi-buluğa çatana qədər qayğısına qala bilirlər. Bu həm də onların vəzifələrinə aiddir. 18 yaşdan sonra valideynin övladına qarşı borcu qanunla da bitmiş sayılır. Bu baxımdan, 11 illik təhsildən sonra ali məktəbə daxil olan və bununla da işləmək imkanı məhdudlaşan tələbələrə dövlətin qayğı göstərməsi vacibdir.

Təqaüdün uyğun məbləğinə gəldikdə isə yuxarıda qeyd etdiyim kimi, orta aylıq əmək haqqı 345 manat, tələbələrin orta aylıq təqüdü isə 140 manatdır. Fərq 205 manata qədərdir. Yaxşı olardı ki, tələbələrə verilən ən aşağı təqaüd minimum əmək haqqının 50 faizindən az olmasın”.

Nuray Məmmədzadə

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv