İdlib əməliyyatına hazırlaşan Türk Silahlı Qüvvələri Azad Suriya Ordusunun tərkibindəki qruplara hazır olmaları ilə bağlı təlimat verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ilk mərhələdə Türkiyə ordusuna 5 mindən çox ASO əsgəri kömək edəcək. Hatay-İdlib xətti üzrə yerləşdirilən birləşmələr tezliklə hərbi əməliyyatlara başlayacaq.
Qeyd edək ki, TSK bu gündən etibarən Şimali İraq Silopi-Habur bölgəsində də hərbi təlimlərə başlayıb. Bu hissə Türkiyənin Şırnak bölgəsi ilə İraq Regional Kürd Hökuməti arasındakı keçid məntəqəsidir.