Suriya üzərindən mülki aviareyslər dayandırıldı – SON DƏQİQƏ

ABŞ və müttəfiqlərinin Suriyaya mümkün raket zərbələrini nəzərə alaraq ölkədə mülki təyyarələrin uçması dayandırılıb.

Yenicag.az bildirir ki, istisna olaraq yalnız Doha-Beyrut reysi işləyir.

Həmçinin qeyd edilir ki, Fransanın Hərbi Hava Qüvvələri “Sen-Dizye-Robinson” bazasında döyüş hazırlığına gətirilib.

Qeyd edək ki, ABŞ-ın hərbi gəmisi Suriyadakı Rusiya hərbi bazasına yaxınlaşıb.

Zaur H.