Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Suriyada baş verənlər cihaddır” - Azərbaycanlı radikaldan "incilər"

Vaxtilə Azərbaycandakı sələfilərin əsas fiqurlarından biri olan və dövlətçilik əleyhinə fikirləri ilə gündəmə gələn Adil Rəcəbovun pozucu fəaliyyətini təsdiqləyən səs yazısı yayılıb.

Yenicag.az xəbər verir ki, Adil Rəcəbovun Suriyada cərəyan edən prosesləri “dəyərləndirdiyi” səs yazısı “Youtube”da yerləşdirilib. Rəcəbov öz həmfikirləri ilə söhbətdə Suriyada yaşananların cihad olduğunu iddia edərək, bu barədə fətva verildiyini bildirib:

“O zaman Şeyx Luheydan və başqa şeyxlər deyirdilər ki, Suriyada baş verənlər cihaddır. Ancaq sonra gördülər ki, başqa söhbətdir, dedilər, fitnədir. Mən o vaxt da demişdim ki, cihaddır. Şeyx Luheydan hətta demişdi ki, millətin üçdə ikisi qırılsa belə, yenə vuruşmalısız. Orada başqa söhbətlər də vardı, konkret fətva verilmişdi”.

Qeyd edək ki, Suriya hadisələri fonunda Rəcəbovun adı neqativ planda müntəzəm olaraq hallanır və onun bu ölkəyə yönəlik “cihad” təbliğatı apardığına dair mediada, sosial şəbəkələrdə çox sayda materiallar yerləşdirilib. Onun bu fəaliyyəti ilə bağlı bir vaxtlar “sağ əli” sayıldığı, Azərbaycandakı sələflərinin lideri Qamət Süleymanov da ciddi açıqlamalar verməli olub. Öz tərəfdarları qarşısında etdiyi çıxışlarda onları Suriyaya yollanmağa, “Əl-Qaida” terror şəbəkəsinə daxil olan “Ən-Nüsra” cəbhəsinə qoşulmağa, orada başlayan “cihad”da iştiraka çağırıb. Təbii ki, çağırış etdiyi kütləni Suriyada labüd ölümə göndərən Rəcəbov özünün də etiraf etdiyi kimi, “fətva”sı verilmiş “cihad”a qatılmayıb və bunu heç ağlından da keçirtmir.

Ümumiyyətlə, bu, Suriya hadisələrinin Azərbaycan dindarlarının nisbətən radikal kəsiminə “cihad” qismində təqdim olunduğu ilk hal deyil. Radikal dindarların liderlərindən biri olan Əlixan Musayev də bir müddət əvvəl Suriya proseslərinin “cihad” olduğunu bəyan etmişdi. Rəcəbov isə üzə çıxan səs yazısında bu fikri təsdiqləyib. Səs yazısından göründüyü kimi, Rəcəbov “nüfuzlu şeyxlər”ə istinad edərək, müsəlmanların üçdə ikisi qırılsa belə, Suriyada “cihad”ın sona qədər aparılmasının vacibliyini deyib. Yuxarıda da qeyd olundu ki, ölkənin radikal dindarları çox sərbəst şəraitdə toplaşaraq, haqqında söz açılan məqamlar barəsində heç nədən çəkinmədən nümayişkar tərzdə ucadan danışaraq, dövlətə meydan oxuyurlar.

Çox maraqlıdır, dövlətin müvafiq strukturları bu cameənin heç də gizli qalmayan pozuculuq fəaliyyətindən bu qədərmi xəbərsizdirlər? Yox, əgər xəbərləri varsa, onlara qarşı niyə təsirli tədbirlər görülmür? Hər halda, radikal dindarların əl-ayaqlarının daha da açılması onların öz əməllərinə görə cəzasız qalacaqlarına inamlarından qaynaqlanır. Daha nə qədər belə olacaq?

www.yenicag.az

2713
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM