!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Türkiyənin bölgədə dayanıqlı sabitliyin yaradılması cəhdlərinə qarşı çıxmaqla...” – AKP millət vəkili

!Reklam – Yazi

“Türkiyənin ardıcıl və məqsədyönlü siyasəti region dövlətləri ilə xalqlarının əbədi sülhə nail olmalarına hədəflənib”.

Bu fikirləri ABŞ-nin Suriyanın müxalifət qüvvələrini Türkiyə ilə əməkdaşlıqdan imtinaya sövq etmək səylərini artırmasına münasibət bildirən Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamaısnda deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ müttəfiqi olan Türkiyənin regionda sabitliyin bərqərar edilməsinə yönəlik fəaliyyətinə dəstək vermək əvəzinə, bölgədə xaosun dərinləşməsinə çalışır:

“Açıq desək, Türkiyənin Ukrayna müharibəsinin dayandırılmasına istiqamətlənmiş fəaliyyəti, o cümlədən taxıl böhranının həllinə nail olunmasında oynadığı böyük rol bir çox ölkələrin narahatlığına səbəb olub. Bu səbəbdən sıralarında ABŞ-nin də olduğu həmin ölkələr Türkiyənin bütün təşəbbüslərinin sabotaj edilməsi üçün fəaliyyətlərinə ara vermirlər.

Bildiyiniz kimi, Suriyada vətəndaş müharibəsinin gedişində dörd milyondan çox suriyalı Türkiyəyə sığındı və dövlətimiz onların hər hansı sıxıntı çəkməməsi üçün gərəkən bütün addımları atıb. Artıq elə bir şərait yaranıb ki, Türkiyə Suriyanın şimalında nəzərdə tutduğu təhlükəsizlik zolağının yaradılması ilə qaçqınların öz yurdlarına dönmələri üçün siyasi-diplomatik səylərini gücləndirib.

Ancaq, çox təəssüf ki, Türkiyənin sülhə hesablanmış bu siyasəti ABŞ-nin davamlı sabotajları ilə üzləşir. Amerika terrorçu PKK və PYD-ni hərtərəfli dəstəkləməklə bölgədə sülhün yaranmasına imkan verməmək xəttini davam etdirir. Lakin unudurlar ki, Türkiyə artıq onların bildiyi əvvəlki ölkə deyil.

Bizim üçün çox qürurvericidir ki, dövlətimiz istənilən pozuculuq cəhdlərinin qarşısını alacaq gücdədir. O baxımdan, Suriyada da sabitliyin yaranması üçün edilən cəhdlərin nəticə verəcəyi şübhəsizdir. Türkiyənin ardıcıl və məqsədyönlü siyasəti region dövlətləri ilə xalqlarının əbədi sülhə nail olmalarına hədəflənib”.

A.Zeynalov

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv