!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada status-kvonu DƏYİŞMƏ CƏHDİ: Dörd ölkə ABŞ-nin planlarını necə pozacaq? – ŞƏRH

!Reklam – Yazi

“Vaşinqtonun Suriyada İran və Rusiyaya qarşı proksi müharibəyə başlaması da mümkün ehtimallar sırasındadır”.

Bu fikirləri regionda yaranmış vəziyyət fonunda ABŞ-nin Suriyada hərbi aktivliyini artırmaq cəhdinin səbəblərini şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, maraqlı ölkələrin yeni həmlələri Türkiyənin Suriya siyasəti üçün yeni çağırışlar yaradır:

ABŞ Baş Qərargah rəisləri Komitəsinin sədri, general Mark Millinin Suriyanın şimal-şərqindəki Amerika hərbi bazasına qəfil səfəri bu ölkə ilə əlaqədar müzakirələrə yeni çalarlar gətirib. Bir çox ekspertlər qeyd edirlər ki, Vaşinqton Rusiya və İranın üzləşdiyi çətinliklər, Türkiyənin isə diqqətinin zəlzələnin yaratdığı problemlərə, o cümlədən prezident seçikilərinə yönəlməsindən yararlanaraq Suriya ilə bağlı məsələlərdə təşəbbüsü ələ almağa çalışır.

Bu fonda ABŞ-nin Suriyada həm Prezident Bəşər Əsədə, onu dəstəkləyən Rusiya və İrana, eyni zamanda sərhədi boyunca bufer zonanı möhkəmləndirməyə çalışan Ankaraya qarşı mübarizə aparan kürd terrorçularına yenidən fəal dəstək verilməsini bərpa edəcəyi də real ehtimal kimi vurğulanır.

Hazırda Rusiya və İran, eləcə də Türkiyə müəyyən səbəblərdən Suriyada fəal siyasət yürüdə bilmirlər. Rusiyanın hərbi iştirak miqyası da azalıb, İranın isə əvvəlki səviyyədə fəallıq göstərməsi üçün resursları azdır. Belə vəziyyət ABŞ-nin Suriyada aktivləşməsini şərtləndirə bilər.

Digər tərəfdən, Vaşinqtonun Suriyada İran və Rusiyaya qarşı proksi müharibəyə başlaması da mümkün ehtimallar sırasındadır. İranın Suriyada getdikcə silah-sursat, hərbi texnika istehsalına başlaması ABŞ ilə İsraildə ciddi naratlıq yaradır və Vaşinqtonla Tel-Əvivin kürd terrorçuları ilə birlikdə İranın hərbi obyektlərinə qarşı yerüstü əməliyyatlar təşkil etməsi də istisna deyil.

Bütün bunlar Türkiyənin Suriya siyasəti üçün də yeni çağırışlar yaradır. Kürd terrorçularının yenidən fəallaşdırılması perspektivi Ankara üçün ən pis ssenaridir. Məhz bu səbəbdən, Ankara Mark Millinin səfərinə çox sərt reaksiya verdi.

Bu arada Rusiya, İran, Türkiyə və Suriya XİN başçılarının Moskvada baş tutacaq görüşünə hazırlıq davam edir. Rusiya bu mürəkkəb situasiyada Ankara-Dəməşq-Tehran-Moskva əməkdaşlığı ilə ən azı yaxın perspektivdə Suriyada status-kvonun qorunub saxlanmasına çalışır”.

A.Zeynalov

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv