!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sursat dolu təyyarə İsraildə eniş etdi - VİDEO

!Reklam – Yazi

İsrail ordusu üçün sursat daşıyan ilk ABŞ təyyarəsi İsrailə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidmətindən məlumat verilib.

“ABŞ hərbi sursatları ilə yüklənmiş ilk təyyarə İsrailə enib. Təyyarə gecə saatlarında Nevatim bazasına eniş edib. Sursatlar əhəmiyyətli zərbələr endirmək və əlavə döyüş ssenarilərinə hazırlıq üçün nəzərdə tutulub”, – deyə məlumatda bildirilib.

İsrail hərbçiləri dəstəyinə görə ABŞ-yə minnətdarlıqlarını bildiriblər.
“Bizim ortaq düşmənlərimiz bilirlər ki, ordularımız arasında əməkdaşlıq heç vaxt olmadığı qədər güclüdür və regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsi üçün əsas amillərdəndir”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden oktyabrın 7-dən bəri İsrail Baş naziri Benyamin Netanyahu ilə apardığı üçüncü telefon danışığı, eyni zamanda, Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı Vaşinqtonun zərurət yaranarsa, Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirməyə hazır olduğunu bəyan edib. Həmçinin, regionda vəziyyətin pisləşməsindən sui-istifadə etməyə çalışanların ola biləcəyini də vurğulayıb. Bundan əlavə, Bayden bildirib ki, onun administrasiyası İsrailə təcili hərbi yardım göstərmək üçün ABŞ Konqresindən vəsait istəmək niyyətindədir./oxu.az

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv