!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücü məsuliyyətsizliyi və TƏSİRSİZ CƏZALAR: “40-50 ilin maşınlarından hələ də istifadə edilirsə...”

!Reklam – Yazi

“Avtomobili idarə edərkən sürücülərin diqqət və məsuliyyəti artsa, nəticə də effektli olar”.

Bu fikirləri son dövrlərdə dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da avtomobil qəzalarının artmasıın əsas səbəblərinə toxunan nəqliyyat eksperti Elməddin Muradlı Yenicağ.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, avtoqəzaların çoxalmasının səbəblərini üç kateqoriya üzrə ümumiləşdirmək olar:

“Qəzaların səbəblərindən danışarkən qeyd edilməlidir ki, onlardan birincisi sürücülərin qeyri-peşəkar davranışı, məsuliyyətsizliyi, qayda pozmağa meylli olmalarıdır. Avtomobil qəzalarının 70 faizi məhz sürücülərin yol-hərəkət qaydalarını pozmaları nəticəsində baş verir. Onlara yönəlik sərt cəzaların tətbiqi və nəzarət mexanizminin gücləndirilməsi qəzaların azalmasına müsbət təsir göstərə bilər.

Bu gün bir çox sürücülər hesab edirlər ki, yollarda müşahiidə kameraları və ya polis əməkdaşları yoxdursa, qaydaları pozmaq olar. Avtomobili idarə edərkən sürücülərin diqqət və məsuliyyəti artsa, nəticə də effektli olar.

Eyni zamanda, ölkənin yol infrastrukturu ilə bağlı bir daha düşünməliyik. Yolların işıqlandırılması, müvafiq rəngləmə işlərinin aparılması, işıqforların vəziyyəti, yol işarələrinin ağacların arxasında “gizlənməsindən” tutmuş, yeni nişanlama xətlərinin çəkilməsinə qədər çox sayda problemdən danışa bilərik.

Digər problem isə avtomobillərin texniki vəziyyətidir. Çox təssüf ki, hazırda Azərbaycanda 40-50 ilin maşınlarından hələ də istifadə edilir. O baxımdan, ölkənin avtoparkının yenilənməsinə çox böyük ehtiyac var. Bunun üçün müəyyən addımlar atılmalı, güzəştlər tətbiq olunmalı və zəruri proqramlar həyata keçirilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv